Mesut Özil futbolçu karyerasını bitirib 

17:58 22.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbaxça” və “Medipol Başakşehir” klublarında çıxış edən Mesut Özil 34 yaşında futbolu tərk etdiyini açıqlayıb.

Hafta.az xəbər verir ki, dünya şöhrətli türkiyəli futbolçu bu barədə tvitter səhifəsində yazıb.

Türkiyə karyerasına 2021-ci ildə "Fənərbaxça"da başlayan Özil, sonra “Medipol Başakşehir”ə transfer olunsa da, zədə səbəbindən karyerasını davam etdirə bilməyib.

Mesut Özil dünya çempionatı da daxil olmaqla, 11 kubok qazanıb.